Terroru PKK törədib –Rəsmi

11-12-2016, 13:24           

Türkiyə baş nazirinin köməkçisi Numan Qurtulmuş İstanbulun Beşiktaş rayonunda baş verən terrorla bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, Qurtulmuş terror hadisəsinin planlaşdırlmış bir hücum olduğunu deyib:
“Hədəf polis təşkilatımızdır. Bələştəpə deyilən ərazidə bomba yüklənmiş avtomobil partladılır. Yüzlərcə kilo bombadan istidadə olunub. Mütəxəssislər ən azı 300-400 kilo bombanın istifadə olunduğunu bildirir. Olduqca xain və alçaq bir hücumdur”, – baş nazirin köməkçisi bildirib.
Qurtulmuş partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyini bildirib:
“Oxlar PKK-nı göstərir. Dəqiqləşdirildiyi təqdirdə ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Vodafon Arena” sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-si polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.