İstanbuldakı terroru törədən 2 nəfərin kimliyi bilindi

14-12-2016, 20:42           

Türkiyənin İstanbul şəhərində “Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktları ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, partlayışı törədən 2 nəfərin kimliyi müəyyənləşdirilib, saxlanılan 13 nəfərin dindirilməsi prosesi isə davam edir.
Polis partlayışda istifadə olunan bomba ilə bağlı bəzi detalları da aydınlaşdırıb.
Başqa bir ölkədə hazırlanaraq Türkiyəyə gətirilən bombada TNT və RDX partlayıcılarından istifadə olunduğu, eləcə də üçüncü kimyəvi maddə izinə rast gəlindiyi də bildirilib.
Qeyd edək ki, dekabrın 10-da baş vermiş partlayış nəticəsində 37-si polis olmaqla 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru