İstanbul terrorunun SİRRİ AÇILIR

15-12-2016, 10:06           

Dekabrın 10-da Beşiktaşda 37-si polis olmaqla 44 insanın ölümünə, 155 nəfərin yaralanmasına səbəb olan terror hadisəsiylə bağlı istintaq davam edir.

Tutulanlardan iki nəfərin kimliyi məlum olub. Ancaq polis hər ehtimala qarşı onların adlarını açıqlamayıb. Digər şübhəli 13 nəfərin dindirilməsi isə davam edir.

Türkiyə polisi partlayıcı qurğularla bağlı maraqlı nüansı ortaya çıxarıb. Belə ki, qurğuların 400 kiloqramlıq RDX, PETN və TNT-dən hazırlandığı məlum olub. Bu isə bombalarda kimyəvi maddənin olduğuna işarədir. Başqa sözlə, bombanın zavod istehsalı olduğu və bu terror hadisəsinin arxasında hansısa dövlətin dayandığı ehtimal edilir.(publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru