Səddam Hüseynin “sağ əli” olan general “Qurdlar vadisi”ndə aktyor olub - FOTO

15-12-2016, 22:13           

İraqda Səddam Hüseynin hakimiyyəti illərində 17 il general olmuş Kərkük əsilli Kudhur Əhməd Rauf Türkiyənin məşhur "Qurdlar vadisi” serialında çəkilib.

50 yaşlı general Səddam Hüseyn öldürüldükdən sonra uzun müddət gizlənib. 1 il boyunca gizli yaşayan general daha sonra Amerika əsgərləri tərəfindənt tapılıb.

Araşdırmalardan sonra təkrar pilot kimi fəaliyyətə başlayıb. Ancaq açıqlanmayan səbəbdən vəzifəsindən geri çağırılıb.


Generalin evi İŞİD tərəfindən bombalanıb. Həyat yoldaşı həmin bombardmanda ölən general 2013-cü ildə qaçqın kimi İstanbula gedib. Burda isə tərcüməçilik və hətta aktyorluq edib.
8 dil bilən general indi də tərcüməçiliklə dolanır.

Bir müddət İŞİD-in əsrliyində qalan general dostunun gözünün qarşısında öldürüldüyünü və Səddamın "sağ qolu” kimi özünün də müxətlif işgəncələrə məruz qaldığını bildirib.
Əsirlikdən qaçmağı bacaran general "Qurdlar vadisi” ilə yanaşı digər seriallarda da çəkilib. Hazırda isə Sivasda yaşayır. /cehbe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru