Qadın yazıçını küçədə güllələyib öldürdülər — Türkiyədə

16-12-2016, 00:42           

Türkiyənin İstanbul şəhərində tanınmış qadın yazıçı silahlı hücuma məruz qalıb.

Hadisə axşam radələrində Beyoğlu rayonunun Ömeravni məhəlləsində baş verib. Silah səsi eşidərək gələn məhəllə sakinləri güllə ilə vurulmuş bir qadın görərək polisə xəbər veriblər.

Hadisə yerinə cəlb olunan polislər vurulan şəxsin məşhur yazıçı Beki İkala Erikli olduğunu və onun dünyasını dəyişdiyini aşkarlayıblar.

"Robert" kolleci və "Boğaziçi" universitetini bitirən Erikli 13 il "Procter&Gambie" şirkətinin Türkiyə, Almaniya, İngiltərə və İsveçrə nümayəndəliklərində məsul vəzifədə çalışıb. Beki İkala Erikli ailəli və bir övlad sahibidir./olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru