Tuskdan gözlənilməz Türkiyə - Açıqlaması

16-12-2016, 12:36           

vropa Şurasının rəhbəri Donald Tusk gələn ay Türkiyədə bir zirvə görüşü təşkil olunacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Tusk Ankara ilə dialoqun davam etdiriləcəyini vurğulayıb:

“Türkiyə ilə müzakirə ediləcək xeyli məsələ var. Gələn ay Türkiyədə bir zirvə keçirəcəyik. Dialoqu davam etdirməliyik.

Bəzi ortaq fikirləri reallaşdırmaq lazımdır, təkcə vizaların ləğvindən söhbət getmir. Çətin vəziyyətdə olduğumuzu qəbul etməyimiz vacibdir. Bütün bunlara baxmayaraq, əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, 24 noyabrda Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.