500-ə yaxın peşmərgə qüvvəsi Sincar bölgəsini işğal edən PKK-ya qarşı hərəkətə keçib.
Axar.az xəbər verir ki, bu barədə Suriyadakı peşmərgə qüvvələri komandanı Kadir Şeyx Memi deyib.
“Qüvvələrimizdən 500-nü Sinun və Hanesur qəsəbəsi ətrafında yerləşdirmişik. PKK-nın oradan çıxması üçün güc tətbiq etdik. Əlavə qüvvələrə ehtiyacımız var”, - Memi bildirib.