Bozdağ da Almaniya səfərini ləğv etdi

3-03-2017, 09:28           
Bozdağ da Almaniya səfərini ləğv etdi
Almaniyada bu axşam Avropalı Türk Demokratlar Birliyinin (UETD) təşkilatçılığı ilə keçiriləcəyi və Ədliyyə naziri Bəkir Bozdağın qatılacağı gözlənən toplantının Gaggenau şəhər bələdiyyəsi tərəfindən ləğv edilməsi qalmaqal yaradıb.

Bu qərardan sonra Bozdağ alman həmkarları ilə planlaşdırılan görüşlərini və Almaniya səfərini ləğv edib. Bozdağın bu toplantıda türklərlə bir araya gələrək, anayasa dəyişikliyi referendumunda “bəli” səsi üçün dəstək istəməsi gözlənilirdi.

Alman mətbuatında yayılan xəbərlərə görə toplantının ləğvinə səbəb sıxlıq yaranması üzündən salonun və park yerlərinin imkansızlığı göstərilib. Nazir Bozdağ isə qərara “alman qurumlarının Türk cəmiyyətinin bir yığıncaq keçirməsinə dözə bilməməsi qəbul ediləcək şey deyil” sözləri ilə reaksiya verib.

Fransanın Strasburq şəhərində yaydığı açıqlamada nazir, bu səbəbdən Almaniyanın Ədliyyə naziri Heiko Maasın təklifi ilə müəyyən olunmuş görüşü ləğv etdiyini bildirib. Bozdağ deyib ki:

“Karlsruhedə görüşüb bəzi məsələləri birlikdə müzakirə etmək imkanımız olacaqdı. Ancaq Gaggenauda keçiriləcək yığıncaq ləğv edilincə, mən də Ədliyyə naziri ilə olan bu görüşü ləğv etdim. Bu yığıncaq olmayacaq, buradan Türkiyəyə qayıdacağıq”.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.