Rusiyanın bəyanatına Türkiyə sərt reaksiya verdi –Menbiçlə bağlı fikir ayrılığı

4-03-2017, 08:09           

Rusiya Baş Qərargahının Hərbi əməliyyatlar üzrə komitə sədri Sergey Rudskoy PYD-nin nəzarətindəki Menbiçin Suriya ordusuna təslim ediləcəyini söyləyib.

Strateq.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Rudskoy təşkil etdiyi mətbuat konfransında PYD-nin ərazidən çəkilməyi qəbul etdiyini və Menbiçi Bəşər Əsəd rejiminə bağlı orduya təslimə razı olduğunu deyib.

Mövzu ilə bağlı açıqlama verən Türkiyənin Müdafiə naziri Fikri İşıq PYD, Əsəd rejimi və İŞİD-in birgə hərəkət etdiyini söyləyib:

"Öncə İŞİD bəzi yerləri rejimə verdi. İndi də gördüyümüz kimi, PYD, YPG, bəzi yerləri rejimə tərk edir. Bu, əslində İŞİD, PYD və Bəşər Əsədin birlikdə hərəkət etdiyini göstərir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru