Daxili orqanları Macarıstanda, nəşi isə İstanbulda dəfn olunan hökmdar – MARAQLI FAKT

4-03-2017, 00:38           
Daxili orqanları Macarıstanda, nəşi isə İstanbulda dəfn olunan hökmdar – MARAQLI FAKT
Macarıstanın Zigetvar kəndi yaxınlığında Qanuni Sultan Süleymanın itmiş məzarının tapıldığı açıqlanıb. Budapeşdə Türkiyə səfirinin də qatıldığı mətbuat konfransında məzarın Zigetvar Üzüm təpəsində tapıldığı qeyd olunub.

Cumhuriyyet.az xəbər verir ki, bunu macar və türk elm adamlarının birgə fəaliyyətinin nəticəsini Professor Norbert Pap açıqlayıb. Macar elm adamı Pap burada sadəcə türbənin deyil, həm də türbə ətrafında yerləşən kiçik Osmanlı kəndinin də izlərinə rast gəldiklərini qeyd edib.
1566-cı ildə Zigetvar ərazisinin muhasirəsi zamanı vəfat edən Osmanlı sultanının daxili orqanları orada dəfn edilmiş, nəşi isə İstanbula göndərilib.
Daha sonra türbə halına gələn, sonradan isə izi itən bu ərazinin tam olaraq harada olduğunu tapmaq üçün Türkiyə hökuməti tərəfindən heyət yaradılıb. (metbuat.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru