Ərdoğandan Almaniyaya: Hər şeyi açıb-tökəcəyik

4-03-2017, 00:47           

Almaniya terrora dəstək verdiyinə görə ittiham edilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaşılçay mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

“Hazırda yüzlərlə terrorçu Almaniyada sərbəst şəkildə yaşayır. Mənim Ədliyyə nazirim Almaniyada toplantı keçirib, bunları vətəndaşlara izah edəcəkdi. “Ora uyğun yer deyil” dedilər. Mən videobağlantı ilə mitinqiə qoşulub çıxış edəkdim. Lakin dünyada görünməyən hal kimi Konstitusiya Məhkəməsi 2 saat ərzində qərar qəbul edir və çıxışımın qarşısını alır. Lakin Cəmil Bayık Kandildən danışa bilir. Almaniya terrora dəstək verdiyinə görə ittiham edilməlidir. Sizin etdiklərini ortaya açıb-tökəcəyik. Artıq əvvəlki Türkiyə yoxdur. Ayaqlarının üzərində dayanan Türkiyə var”, - Ərdoğan bildirib.

Qeyd edək ki, dünən türk nazirlər - Nihad Zeybekçi və Bəkir Bozdağın Almaniyanın müxtəlif şəhərlərində baş tutacaq toplantılarına icazə verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru