MHP-nin keçmiş deputatına hücum etdilər

5-03-2017, 02:06           
MHP-nin keçmiş deputatına hücum etdilər
MHP-dən xaric edilən keçmiş millət vəkili Sinan Oğan bir konfrans üçün getdiyi Bahçeşehir Universitetində çıxış edərkən hücumuna uğrayıb. Anayasa referendumu üçün “xeyr” kampaniyası platformasında yer alan Sinan Oğan çıxışında yeni gələn sistemdə iki partiyanın Məclisdən kənarda qalacağını, bu sistemin qarşısını da MHP-nin açdığını deyib. Oğan “MHP-li biri öz partiyasının bağlanılmasına nədən “bəli” desin” soruşduğu sırada “hərəkatın lideri Dövlət Bahçeli” şüarıyla kürsüyə cuman biri tərəfindən hücuma məruz qalıb. Hücum edən şəxs salondakı təhlükəsizlik gücləri tərəfindən tutulub salondan uzaqlaşdırılıb. Hücumun ardından Oğan təkrar kürsüyə çıxaraq çıxışına davam edib. O, “bu gənc dostumuzu aldadıb bura göndərən əslində partiyamıza zərər verir” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru