Türkiyəli gəncdən İlham Əliyevə maraqlı məktub — “Ermənistana qarşı döyüşməyə hər an hazıram”

6-03-2017, 23:52           

“Mənim kimi milyonlarla türk gənci Sizinlə, şərəfli əsgərlərinizlə çiyin-çiyinə döyüşməyə hazırdır”

"Ölkə.Az" xəbər verir ki, qardaş Türkiyə Respublikasından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına maraqlı məktub daxil olub.

Ankara şəhərində yaşayan Müzəffər Hayta yazır:

“Hörmətli cənab Prezident,

Mən Ankarada Çankaya Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıram. Bu məktubu yazmaqla daxilimdəki hisslərimi Sizinlə bölüşmək istəyirəm.

Qeyd etmək istəyirəm ki, Ermənistana və bütün düşmənlərimizə qarşı döyüşməyə hər an hazıram. Mən Türkiyəni necə sevirəmsə, Azərbaycana qarşı da münasibətim eynidir. Əgər ehtiyac olarsa, mənim kimi milyonlarla türk gənci Sizinlə, şərəfli əsgərlərinizlə çiyin-çiyinə döyüşməyə hazırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru