Qazaxıstanda prezidentin səlahiyyətləri azaldılır

7-03-2017, 01:24           
Qazaxıstanda prezidentin səlahiyyətləri azaldılır
Qazaxıstan parlamenti prezidentin bəzi səlahiyyətlərinin parlament və hökumətə təhvil verilməsini nəzərdə tutan konstitusiya islahatları qəbul edib. Qanun islahatlara dəstəyini açıqlamış olan prezidenti Nursultan Nazarbayevin təsdiqindən sonra qüvvəyə minəcək.

Konstitusiya dəyişikliyi prezidentin maliyyə, iqtisadiyyat və inzibati sahəər daxil olmaq üzrə, 35 səlahiyyətinin parlamentə təhvil verilməsini nəzərdə tutur. Ancaq islahatların 26 ildir prezident olan Nazarbayevin mövqeyində gerçək bir dəyişiklik etməsi gözlənilmir.

İndiki konstitusiyaya görə, bütün kabinet üzvləri prezident tərəfindən seçilir. Əksəriyyəti Nazarbayevin “Nur Otan” partiyasından olan parlamentdə güclü bir müxalifət partiyası də yoxdur. Prezidentinin əleyhdarları islahat paketinin demokratik bir irəliləyiş deyil, yalnız Nazarbayevin vəzifəsini oğluna təhvil vermək üçün etdiyi bir hazırlıq olduğunu deyir. 76 yaşlı Nazarbayev isə prezidentliyindən sonra kimi dəstəkləyəcəyinə dair indiyə qədər dəqiq bir açıqlama verməyib.

1991-ci ildən bu günə kimi prezident kreslosunda oturan Nazarbayev keçmişdə demokratiyanın “uzun müddətli bir hədəf” olduğunu söyləmişdi. Orta Asiyanın ən böyük iqtisadiyyatına sahib olan Qazaxıstanda 2007-ci ildə edilən konstitusiya dəyişikliyi ilə dövlət başçılığı seçkiləri yeddi ildən beş ilə endirilmişdi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru