Merkeldən Ərdoğana “nasizm” cavabı: “Hiss etdim ki...”

9-03-2017, 20:07           

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət üzvlərinin Almaniya və nasizm haqqında fikirləri o qədər yersizdir ki, onları ciddi şərh etmək olmaz”.
Bunu Almaniya kansleri Angela Merkel bundestaqın deputatları qarşısında çıxışında deyib.
“Türkiyə əhəmiyyətli bir ortaqdır. Milyonlarla insan ölkələrimizi bir-birinə bağlayır. Amma Almaniya hökumətinin nasizmlə müqayisə edilməsi kədərlidir. Nasizm dövrü ilə bağlı şərhlərə son qoyulmalıdır”, - o bildirib.
Merkel vurğulayıb ki, son günlərdə Türkiyə ilə Almaniya arasında dərin fikir ayrılıqlarının olduğunu hiss edib.
Qeyd edək ki, Türkiyə prezidenti ədliyyə naziri Bəkir Bozdağın Almaniyada türk diasporunun nümayəndələri ilə görüşünə icazə verməyən Almaniyanın siyasətini nasizmlə eyniləşdirib./publika.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru