Avropa Türk siyasətçiləri referendum kampaniyasına qarşı

9-03-2017, 21:54           
Avropa Türk siyasətçiləri referendum kampaniyasına qarşı
İsveçrənin Sürix kantonu səlahiyyətliləri Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlunun anayasa dəyişikliyi ilə bağlı referendum mitinqinin ləğv edilməsi üçün federal rəhbərliyə müraciət edib. Sürixli yerli rəsmilər Nazir Çavuşoğlunun bazar günü türk qeyri-hökumət təşkilatlarıyla keçirmək istədiyi görüşün təhlükəsizlik səbəbiylə ləğv edilməsini istəyib. Sürix Kantonu Təhlükəsizlik şöbəsinin sözçüsü Urs Grobler açıqlamasında “Sürixdə bazar gününə planlaşdırılan tədbirin reallaşmaması üçün Bernə bir məktub göndərdik” deyib.
Bu arada Çavuşoğlu Hollandiyadakı eyni məqsədlə təşkil olunmuş proqramını da ləğv edib. Bu barədə Hollandiya mətbuatı yazıb. Bir az əvvəl Çavuşoğlunun şənbə günü Hollandiyanın Rotterdam şəhərində referendum kampaniyası çərçivəsində görüş keçirəcəyi xəbər verilmişdi.
Bundan əvvəl Almaniyanın baş naziri də türklər arasındakı konstitusiya dəyişikliyi referendumu ilə bağlı qarşıdurmaların Almaniyaya daşınmasını istəmədiklərini qeyd etmiş, “Türkiyədəki siyasi münaqişələrin Almaniyaya idxalına icazə verə bilmərik” demişdi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru