Keçmiş polis rəisini küçənin ortasında döydülər- VİDEO

12-03-2017, 20:41           

Bu gün axşam saatlarında Türkiyənin Samsun şəhərində vətəndaşlar arasında insident yaşanıb.
Belə ki, Gununsesi.info “Milliyet” qəzetinə istinadən xəbər verir ki, FETÖ/PDY istintaqı çərçivəsində bir müddət əvvəl tutduğu vəzifəsindən kənarlaşdırılan polis rəisi Güvenç Erdoğan Ramazan Ç. adlı bir nəfər tərəfindən küçənin ortasında döyülüb.
Samsunun İlkadım mahalının 19 May küçəsində qeydə alınan olay zamanı keçmi. polis rəisi bir neçə təpik və yumruq zərbəsi alıb. Verilən məlumatda deyilir ki, Güvenç Erdoğan bir müddət öncəyə qədər Samsun-Çarşamba Havalimanı şöbə müdiri vəzifəsində çalışıb.
Nəzərinizə çatdıraq ki, hadisədən xəbər tutan polis əməkdaşları Ramazan Ç. adlı şəxsi yaxalasalar da onun keçmiş rəisi hansı səbəbdən döydüyü hələlik məlum deyil.
[media=https://www.youtube.com/watch?v=7DiS5szDXnM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru