Danimarka baş naziri Niderlanda görə türkiyəli həmkarı ilə görüşdən imtina edib

12-03-2017, 20:45           
Danimarka baş naziri Niderlanda görə türkiyəli həmkarı ilə görüşdən imtina edib
Danimarka baş naziri Lars Rasmussen Türkiyə və Niderland arasında yaranan münaqişə ilə əlaqədar türkiyəli həmkarı Binəli Yıldırıma Danimarkaya səfərini təxirə salmağı təklif edib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırımın Danimarkaya səfəri mart ayında nəzərdə tutulub.
L.. L. Rasmussen “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Türkiyənin Niderlanda hücum etməsini nəzərə alaraq, görüşə bundan ayrı baxmaq olmaz”.
Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru