Almanlar Türkiyədən imtina edirlər

12-03-2017, 23:38           
Almanlar Türkiyədən imtina edirlər
Bu gün, 12 martda Berlində keçirilən ən böyük turizm yarmarkası – International Travel Market (ITB) öz işini başa çatdırır.

Virtualaz.org-un məlumatına görə, alman nəşri “Courier” yarmarkanı ziyarət edən Berlin sakinləri arasında öz yay məzuniyyətlərini harada keçirəcəkləri barədə sorğu aparıb.
Baxmayaraq ki, Türkiyə alman turistləri üçün həmişə ənənəvi istirahət yeri olub, turizm yarmarkasının ziyarətçiləri bildiriblər ki, onlar bu il ora getməyəcəklər, çünki ölkə hakimiyyətinin siyasətindən və Türkiyə-Almaniya münasibətlərindəki gərginlikdən narazıdırlar.
Alman nəşri, həmçinin Tunis və Misir üçün turist putyovkalarına olan tələbatın azaldığını qeyd edib. Amma almanlar arasında Tailand kurortları əvvəlki populyarlığını saxlayır.
“Courier” yazır ki, almanların MDB ölkələrinə səyahətlərə marağı nəzərəçarpacaq dərəcədə artıb və ən məşhur turizm istiqamətlərindən biri Azərbaycanın paytaxtı – Bakı olub.
Qernot və Jaklin Funk cütlüyü “Courier”in müxbirinə deyiblər ki, onlar Azərbaycanın paytaxtına gələcəklər: “Bakı – füsunkar şəhərdir, əla inkişaf edir, Xəzər dənizi isə – sadəcə çox gözəldir”.
Funk cütlüyü bu ilin yayında öz məzuniyyətlərini Bakıda keçirəcək və buradan Bişkekə gedəcək.
Qeyd edək ki, səyahətçilər üçün nəzərdə tutulmuş TripAdvisor.com saytının məlumatına görə, Bakı 2016-cı ildə bütün dünyanın ən məşhur turizm istiqamətləri arasında beşinci yeri tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.