Türk Seçki qanununa görə “xaricdə təbliğat” qadağan imiş

13-03-2017, 09:42           
Türk Seçki qanununa görə “xaricdə təbliğat” qadağan imiş
Türk hökumətini təmsil edən şəxslərin referendum mitinqlərinə icazə verilməməsi səbəbindən bəzi Avropa ölkələri ilə böhran dərinləşərkən, siyasətçilərin “xaricdə təbliğatı qadağan edən” Seçki Qanununa riayət etmədikləri ortaya çıxıb.

Böhran Türk qanunlarına görə 2008-ci ildə qoyulan “xaricdə təbliğat qadağası” məsələsini gündəmə gətirib . Qanunda göstərilir ki, daha əvvəl xaricdə yaşayan seçicilər gömrük qapılarında və ya Türkiyəyə gələrək səs veriblər. 2008-ci il tarixli qanuna görə isə onların yaşadıqları yerlərdə səs vermə hüquqları təmin edilib. Ancaq bu qanuna indiyədək heç müzakirə edilməyən bir məhdudiyyət qoyulub. Türk siyasətçilərin xaricdə hər cür bağlı və açıq sahələrdə, seçki təbliğatı aparması qadağan edilib. Qanunda xaricdə təbliğat qadağası “xaricdə, xarici nümayəndəliklərdə və gömrük qapılarında seçki təbliğatı aparıla bilməz” şəklində verilir.

“Deutsche Welle” in yazdığına görə, Mevlud Çavuşoğluna və Bəkir Bozdağa toplantı salonu verilməməsi ilə başlayan böhran Avstriya və Hollandiyaya çatınca, Yüksək Seçim Kurulu (YSK) səssiz- sədasız bir qərar verıb. Qanun siyasətçilərə xaricdə təbliğat qadağası qoyub. YSK-nın bu qərarına baxmayaraq, nazirlər Avropada salon yığıncaqları keçirmək qərarı verincə də, böhran kulminasiya nöqtəsinə çatıb.

Türk siyasətçiləri bu qadağa ilə bağlı verilən suallara cavab olaraq, dolayısı qanunu pozduqlarını etiraf ediblər. Professor İbrahim Kaboğlu da siyasətçiləri qanuna riayət etməməkdə günahlandıraraq deyib: “Bu rəftar “mən öz qanunuma uymayacağam, sənin ölkəndə də pozuntu edəcəyəm” deməkdir. Bu rəftar hüquq mədəniyyətindən ya bixəbərlik, ya da onu vecə almamaq deməkdir. Davamlı hüquqa meydan oxuyaraq getdiyin Konstitusiya dəyişikliyinə uyacağının zəmanəti nə olacaq?”azadliq.info//
teref.az o qanunu sizə təqdim edir:
"Yurd dışında və yurd dışı temsilçilliklerde seçim propaqandası yapılmaz!"

teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.