Türkiyə Aİ-yə heç vaxt daxil ola bilməyəcək - Fransa prezidentliyinə namizəd

13-03-2017, 16:04           
Türkiyə Aİ-yə heç vaxt daxil ola bilməyəcək - Fransa prezidentliyinə namizəd
"Türkiyənin Avropa İttifaqına (Aİ) qoşulması barədə danışıqlar perspektivsizdir və avropalılar əməkdaşlığın yeni formalarının axtarışına başlayaraq bunu Türkiyə tərəfinə dəqiq şəkildə izah etməlidirlər".

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Fransa prezidentliyinə “Respublikaçılar” partiyasından namizəd Fransua Fiyon “Europe 1” radiosu ilə çıxışı zamanı bildirib.

“Fransa hökuməti Türkiyə tərəfinə aydın şəkildə bəyan etməlidir ki, bu ölkə Aİ tərkibinə daxil ola bilməyəcək. Bu tənqid digər Avropa hökumətlərinə də tətbiq oluna bilər. Onlarla münasibətlərin digər formalarını nəzərdən keçirmək lazımdır. Zənnimcə, Türkiyə ilə münasibətlərimizdə mövcud olan gərginliyin səbəblərindən biri də 30 ildən artıqdır Türkiyənin İttifaqa daxil olması barədə danışıqları davam etdirməyimizdir", - deyə fransalı siyasətçi söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru