Şimali Kipr Türk Cümhuriyyətinin XİN rəhbəri: "Avropada Hitler zehniyyəti xortlayıb"

14-03-2017, 08:13           
Şimali Kipr Türk Cümhuriyyətinin XİN rəhbəri: "Avropada Hitler zehniyyəti xortlayıb"
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyə ilə Hollandiya arasında yaranan siyasi böhrana münasibət bildirib.
"Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, nazir ilk öncə Avropa ölkələrinin Almaniyanın başladığı və Hollandiyanın davam etdirdiyi demokratiyaya qarşı xarici tətbiqlərə sükutla yanaşdığını söyləyib.
Xarici işlər naziri vurğulayıb ki, Avropada həddindən artıq güclənən sağçı qüvvələr qitənin təməl dəyərlərinə zərər vururlar. Tahsin Ertuğruloğlu "Avropa ağlını başına yığmalıdır. Bu gedişatın onların özlərinə əsla faydası yoxdur" – deyə bildirib
Türk vətəndaşlarına qarşı polis zorakılığını tənqid edən Ertuğruloğlu baş verənlərə "Avropada Hitler zehniyyəti xortlayıb" – deyə qiymət verib.
O, qeyd edib ki, son günlər Hollandiyada baş verənlər qəbulolunmazdır. Xarici işlər naziri: "Bu günə qədər müasir dünyada belə bir şey görülməyib. Xüsusilə qadın nazirə edilən hərəkətə heç bir şəkildə bəhanə gətirilə bilməz" – deyə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru