Abdullah Gül onun haqqında deyilənlərə cavab verdi – Seçkilərdə CHP-nin namizədi olacaqmı?
5-05-2017, 18:10
Türkiyənin sabiq prezidenti Abdullah Gül bu gün cümə namazınsan sonra 2019-cu ildə keçiriləcək seçkilərlə bağlı haqqında gedən söz-söhbətə aydınlıq gətirib. Avropa.info xəbər verir ki, cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Gül məsələyə belə münasibət bildirib. “Mənimlə bağlı mətbuatda deyilənləri ciddi qəbul etmədim. Amma gördüm ki, bəziləri bu deyilənləri çox ciddi qəbul edir. Bəzi yoldaşlar hörmət səviyyəsini aşaraq nə edəcəyimi nəsihət edəcək qədər irəli getdilər. Təbii olaraq buna çox üzüldüm. Ölkədə onsuz da kifayət qədər qütbləşmə var. Türkiyənin önünə baxması lazımdır. Türkiyənin qarşısında çox mühüm hadisələr var. İçəridə bir çox problemlər var. Hər kəsin bunları həll etmək üçün əlindən gələni etməsi lazımdır. Bu fikirlərimi paylaşıram. Amma onun xaricində fikirlərimi yanlış məcraya yönləndirmək istəyənləri də ciddi qəbul etmirəm.”