Kılıcdaroğludan sərt ittiham:"ƏRDOĞAN VƏ AKP "DƏRİN DÖVLƏT" - İ CXP-NI QARIŞDIRMAĞA ÇALIŞIR..."

8-05-2017, 22:38           

“Saray düyməyə basdı”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu CXP genəl başqanı Kamal Kılıcdaroğlu bu gün partiyada baş verən məlum olaylara münasibətini açıqlayarkən bildirib.
O, növbədənkənar qurultay çağırışlarının, ad çəkməsə də belə, CXP Mərsin millət vəkili Fikri Sağlar və əski genəl başqan Dəniz Baykalın ona yönəlik açıqlamalarının arxasında hakim AKP iqtidarının, AKP “dərin dövləti”nin və konkret olaraq, cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın dayandığını iddia edib.
CXP genəl başqanı məhz həmin qüvvələr və şəxslər tərəfindən partiyanın qarışdırılmağa çalışıldığını, referendumla bağlı “49 faizlik “Hayırçı”lar bloku”nun dağıdılmasının hədəfləndiyini vurğulayıb.
K. Kılıcdaroğlu CXP-liləri bir daha diqqətli olmağa, hökumətin oyununa alət olmamağa, referendumun sonucları ilə bağlı hədəfdən yayınmamağa səsləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.