Bu qızlar dövlət sirlərini ələ keçirmək üçün ərlərinə... – CASUS GƏLİNLƏR

9-05-2017, 14:15           
Bu qızlar dövlət sirlərini ələ keçirmək üçün ərlərinə... – CASUS GƏLİNLƏR
Türkiyədə FETÖ terror təşkilatı dövlət sirlərini ələ keçirmək üçün casus gəlinlərdən istifadə edirmiş. FETÖ yüksək vəzifəli məmurları "əldə saxlayan" gözəl və cazibədar qızlardan ibarət dəstə toplayıb.
Publika.az xəbər verir ki, FETÖ ilə bağlı aparılan cinayət işində bununla bağlı detallar ortaya çıxıb.
İstintaq materiallarına görə, FETÖ-nün evlilik kataloqu da var imiş. Araşdırmalar nəticəsində müəyyən olunub ki, dövlətin mühüm instansiyalarına sızan, subay ictimai-siyasi xadimlərə nəzarət edən bu qadınlar məxfi sirləri təşkilata daşıyıblar. Onlar ərlərini FETÖ-nün işinə alət ediblər. Hətta casus qızlar gözəlliklərinə görə, kateqoriyalara da bölünürmüş.
FETÖ-nün gözəl və ağıllı qadınları milli ordu zabitləri, prokuror, hakim, MİT mənsubları, yüksək rütbəli hüquq-mühafizə işçiləri və digər məmurlarla evləndirilib.
FETÖ terror təşkilatı agent gəlinlərin onlara ötürdüyü məxfi məlumatlarla dövlət qulluqçularının, zabitlərin, polis məmurlarının məxfi işləri haqqında arxiv formalaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru