Gülən Türkiyəyə veriləcəkmi? –Nazir ABŞ-da 4 saat müzakirə aparıb

10-05-2017, 06:37           

ABŞ-da səfərdə olan Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Amerikalı həmkarı ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri elan edilən Fətullah Gülənin təhvil verilməsi üçün 4 saatlıq müzakirə aparıb.

Strateq.az Türkiyə mediasına istinadən bidirir ki, müzakirəyə FETÖ istintaqını aparan Ankara prokurorluğunun 3 əməkdaşı da qatılıb.

"Görüşdə Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün detallar masaya yatırılıb, qarşı tərəfə hüquqi addımlar üçün tələb olunan bütün sənədlər verilib", – deyə rəsmi açıqlamada bildirilib.

Xəbərdə ABŞ tərəfinin 4 saatlıq görüş sonrası atacağı addımlar haqda isə məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru