Türkiyədə iki ailə arasında baş verən davada 11 nəfər yaralanıb.
Musavat.com-un məlumatına görə, hadisə Şırnak rayonunun Yeni Məhəllə səmtində baş verib. Məlumata əsasən, uşaqlar arasında baş verən mübahisəyə ailələr də qoşulub. Nəticədə mübahisə daşlı-sopalı davaya çevrilib.
Polisin müdaxiləsindən sonra dava səngiyib. Yaralılar xəstəxanaya çatdırılıb.