“Cumhuriyet” qəzetinin baş redaktoru saxlanılıb

12-05-2017, 12:37           
“Cumhuriyet” qəzetinin baş redaktoru saxlanılıb
Türkiyədə “Cumhuriyet” qəzetinin internet saytının baş redaktoru Oğuz Güvən saxlanılıb.

SalamNews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, evində səhər saatlarında keçirilmiş əməliyyat zamanı tutulan Güvən İstanbul polis idarəsinə aparılıb.

Güvənin Dənizli vilayətinin prokuroru Mustafa Alperin ölümü ilə əlaqədar yazdığı xəbərlə bağlı saxlanıldığı bildirilir.

Qeyd edək ki, mayın 10-da Türkiyənin Dənizli vilayətində, içərisində bölgə prokuroru olan avtomobil yük maşını ilə toqquşub. Hadisədə prokuror Mustafa Alpər və sürücüsü həyatını dəyişib. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Prokurorun suiqəsd nəticəsində öldürüldüyünə dair iddialar yayılıb.

Bildirək ki, O.Güvən prokurorun ölümü ilə bağlı xəbəri “İlk FETÖ iddianaməsini hazırlayan prokuror Mustafa Alperin üstündən yük maşını keçdi” başlığı ilə yayımlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.