Atatürklə mənəvi qızı Afət İnanın “gizli” məktubları üzə çıxdı – FOTOLAR

12-05-2017, 20:19           

Türk mediasında Atatürklə mənəvi qızı Afət İnanın məktubları yayılanıb. Həmin məktubların dilimizə uyğunlaşdırılmış variantını təqdim edirik.
Bəli, Atatürk ilə Afət İnanın arasında böyük bir könül bağı, böyük bir məhəbbət olub. Ancaq bunun necə bir könül əlaqəsi, necə bir eşq olduğunu ancaq qəlbi fəsadlı olmayanlar görə bilər.
Afət İnanın Cenevrədə universitetdə təhsili aldığı illərdə Atatürk ilə məktublaşmaları bu könül bağını çox gözəl nümayiş etdirir:
“Atatürk,
Uzun günlər keçdi. Səyahət, yeni universitet həyatı, məskunlaşma işləri və bir çox fikirlər həmişə bu günlər içində yer aldı. Sizdən xəbər aldıqca qüvvət toplayır və özümdə işləmək gücü tapıram.
Ankara yolunda ikən dil ideyanızı tarix və tarixdən əvvəlki zaman içində düşündüm. İnsan günəşin işığını və hərarətini yerə endirdikdən sonra mədəniyyət sahəsində irəli getmiş və öz əməyi ilə təbiətə hakim ola bilmişdir.
Mən buradakı dərslərə gələr-gəlməz başladım. Sınaq üçün zəruri olan hissələrin professorlarını tanıdım və dərslərinə davam edirəm. Yalnız Professor Pittardın dərsinin mənim seçdiyim hissədə gələcək il üçün olduğu halda, onun təkidi və mənim də istəyim üzərində bu ildən almağa başladım. Hələlik ən yaxşı razılaşdığım professor odur.
Bizim yeni qazıntıdan bəhs etmişdim. (Heyvan Xəstəliyim Alacahöyükdəki qazıntılardan bəhs edir) İlk dərsində izdihamlı bir tələbə qrupuna Türkiyədəki bu yeni arxeoloji tapıntılardan bəhs etdi və üzərində xüsusi dayandı. Fürsət düşdükcə istər dərs, istərsə də konfrans hazırlamalarında Türklüyə və Kiçik Asiya Mədəniyyətinə qarşı olan admirasyonunu və marağını nümayiş etdirir.
Dərsdə bir tarix professoru Türklüklə bağlı bilmədən bir söz işlətdi. Rektorun bir lokal toplantısında bu professorla münaqişə etmişəm. Bu gün eyni professor seminar konfransları üçün bir çox tələbələrə dərs keçərkən daha əvvəl etdiyi səhvi yerindəcə düzəltdi. Çox məmnun oldum. Teleqraf göndərməyinizə çox sevindim. Hörmət ilə əlinizdən öpürəm.
Afət”
Atatürklə mənəvi qızı Afət İnanın “gizli” məktubları üzə çıxdı – FOTOLAR
“Professorlardan biri ilə bu mövzu üzərində münaqişəm oldu. Afina Akropolunun Türklər tərəfindən cəbhaxanaya çevrildiyini və 1687-ci ildə Venesiyalılar tərəfindən bombalanaraq viran edildiyini Volterin kitabından oxuyub. Mənim yerində gördüyümə görə, Afina Akropolu Türklər tərəfindən arsenal deyil, məscid olaraq istifadə edilmişdi.
Afina, hətta bütün Yunanıstan abidələrin Türklər sayəsində mühafizə edilmişdir. Müharibə əsnasında arsenal müvəqqəti olaraq qoyulmuş ola bilər. Bunun haqqında bizim Tarix Qurumu, Afinadakı elçimiz görəsən nə düşünürlər? Mən bu dediyimi faktlarla sübut etmək istəyirəm…”
“Dünən Pittardın emalatxanasında bir Fransız alimi üçün çay süfrəsi verilirdi. Mən də dəvətli idim. O konfrans verənlərə danışdım. Ümumiyyətlə, muzeylər haqqında danışarkən, Yunanıstanda gördüyüm Türk Osmanlı əsərlərindən bəhs etdim və konfransını qulaq asdığımı amma Türkiyə haqqında niyə yaxşı şeylər göstərmədiyini soruşdum. Bir az utandı, soruşduğuma da cavab verməyərək yanımda çox qalmayaraq çəkildi. Çox yaxşı bir tanışlıq olmadı. Amma mən də içimdə olanları demiş oldum…”

“Afət,
Məktublarını almışam. Ara-sıra telefon danışıqlarından da səhhət və sağlamlığından və müvəffəqiyyətlə dərslərini təqib etdiyindən xəbərdar olur və məmnun oluram. Mən bildiyin kimi dil ilə məşğul oluram. Sən gedərkən çap olan ilk bukleti təshih və normal hala gətirərək yenidən çap etdirdim. Sən də almış olacaqsan.
Bunlardan sənə yenidən göndərirəm. Bununla yanaşı indiyə qədər nəzəriyyənin təlimi olmaqla, Ulusda yazdığım yazıların da sürətlərini göndərirəm. Məncə Günəş-Dil nəzəriyyəsi isbat edilmişdir.
Sən özün göndərdiyim təlim notları ilə nəzəriyyəni dərk etməyə çalış. Aydın olmayan yerləri soruş, izah edim. Ondan sonra professorla birlikdə tədqiq et, onun da fikirlərini mənə bildirərsən.
Biz yemək otağında hər gecə dilçilərlə dil təlimi edirik. Mən gündüzləri buna hazırlaşıram. Telefonla görüşmək istədiyin gün mən hələ yataqda yatırdım. Cəlal yanıma gəldi, telefonu açdım. Halbuki yanıma gələnə qədər keçən zamanda söhbət bitdi deyə kəsmişdilər. Təkrar zəng etdik, tapmadıq, çox narahat olduq.
K.Atatürk”
İnanın bəhs edilən gizli məhəbbəti məhz budur! Türklük eşqi, fikir eşqi, elm eşqi və tarix məhəbbəti. (moderator.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.