Bu telekanalın hüquqşünası 50 milyon oğrulayıb ABŞ-a qaçdı - Foto

14-05-2017, 09:08           
Bu telekanalın hüquqşünası 50 milyon oğrulayıb ABŞ-a qaçdı - Foto

Saytımız Türk mediasına istinadən xəbər verir ki, TRT-nin sabiq hüquq müşaviri Kubilay E. qurumun kassasından 50 milyon lirə mənimsəyərək ABŞ-a qaçıb.

TRT-də "Hüquq Fayl Təqib Sistemi"ndə araşdırma aparılıb. Araşdırma zamanı Kubilay E.-nin özünün olmayan işlər üçün qurumun kassasından xərc və məsrəflər üçün pul aldığı və pulları şəxsi hesabına keçirdiyi bəlli olub. Həmçinin aldığı pulların avans göstərilməsi üçün saxta sənədlər hazırlayıb.

TRT-də 10 ilin qeydlərində aparılan yoxlama zamanı Kubilay E.nin ümumilikdə 50 milyon lirə mənimsədiyi ortaya çıxıb.


Haqqında yaxalama qərarı çıxarılan müşavirin ABŞ-da olduğu müəyyən edilib. Şübhəlinin saxlanması üçün beynəlxalq polis təşkilatı İnterpol da dövrəyəyə girib.
Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru