İstanbulda dayə uşağı döydü: atanın reaksiyası - Video
14-05-2017, 19:36
Dnepropetrovskdan olan Marianna öz əri ilə Türkiyədə yaşayır. Onların 2 yaş 7 aylıq Yaman adlı övladları var. Əri işləmək üçün başqa şəhərə getdikdən sonra Marianna ev işlərində və uşağa baxmaqda ona kömək edəcək birinə ehtiyac duyur.
Axar.az xəbər verir ki, bu haqda məlumatı "Layf" nəşri yayıb.
İstanbula turist kimi gələn Nadejda adlı xanım isə bu şəhərdə yaşamaq istəyir və işə düzəltmə ofisinə müraciət edir. Sözügedən müəssisə tərəfləri bir-biri ilə tanış edir və Nadejda 500 dollar qarşlılığında Yamana baxmağa, ev işləri ilə məşğul olmağa razılaşır.
Dörd ay sonra Marianna səhhəti ilə bağlı problem yaşayır və əməliyyat olunur. Evdə ola bilməyəcəyinə görə dayə ilə uşağa nəzarət edə bilmək üçün evə kamera yerləşdirir.
Əməliyyatdan sonra videoya baxan Marianna dəhşətə gəlir. O, dayənin uşaqla necə qəddar davrandığını, onu alçaltdığını və vurduğunu görür.
Dayə əvvəlcə evdən qaçmağa müvəffəq olsa da, daha sonra İstanbul polisi onu yaxalayıb. Videodan da göründüyü kimi, Yamanın atası sözügedən qadına hücum etmək istəsə də, polis məsələyə müdaxilə edərək onları ayırır.
Olay ölkədə ciddi reaksiyalar doğurub.
Sözügedən görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=zXN3MRxzG4Q]