Türkiyənin Sakarya vilayətində Cumhuriyyət Baş Prokurorluğu Özəl İstintaq Şöbəsi İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadla verdiyi məlumata görə, təşkilatın Türkiyədəki liderlərindən biri, “Əbu Hanzala” kod adlı Halis Bayancuk saxlanılıb.