Ərdoğan Bakıya mesaj verdi - Azərbaycanlı jurnalistlərlə görüş

24-06-2017, 09:27           

Şanlıurfada, Harran qəsəbəsində "Qardaşlıq süfrəsi iftarı" mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalistlərlə görüşüb.

Hazırda Türkiyədə səfərdə olan Avropa.info saytının baş redaktoru Ruslan Bəşirlinin Axar.az-a verdiyi məlumata görə, azərbaycanlı nümayəndə heyətinə Ərdoğanla görüş imkanı yaradılıb.

“Ərdoğan azərbaycanlı jurnalistlərlə görüşündə mesaj da verdi, “Azərbaycanın haqlı Qarabağ davasında Türkiyə hər zaman yanınızdadır” – dedi. Daha sonra Rəcəb Tayyib Ərdoğanın çıxışı oldu”, - R.Bəşirli bildirib.

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə Azərbaycanın bir qrup media təmsilçisi Türkiyədə səfərdədir. Səfər sabah başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru