Məşhur İslam aliminin məzarının dəhşətli sirri - FOTOLAR

16-07-2017, 14:42           
Məşhur İslam aliminin məzarının  dəhşətli sirri - FOTOLAR
Böyük mütəfəkkir, filosof və gözəl əxlaq nümunəsi Mövlanə Cəlaləddin Rumi bütün həyatı boyunca insanları yaxşılığa, gözəlliyə və işığa doğru istiqamətləndirməyə çalışıb.

İslam alimi kimi məşhurlaşan Ruminin hər bir sözündə bir hikmət olduğu kimi məzarında da bir sirr yatır. Və Mövlanənin məzarının sirri isə indiyədək sirrini qorumaqda davam edir.

Moderator.az Mövlanə Cəlaləddin Ruminin məzarının sirri ilə bağlı bəzi məlumatları təqdim edir:

Məşhur İslam alimi Mövlanə Cəlaləddin Rumi 1273-ci ilin dekabr ayında vəfat edir. Dəfninə yüz minlərlə insan qatılır. Cəsədi İplikçi məscidindən metrlərlə uzaqlıqda yerləşən türbəyə düz 8 saata gətirilir. Müsəlmanlar dəfn prosesi üçün müsəlman olmayan camaatın türbədən çıxmasını istəsələr də qeyri müsəlmanlar "Bizə İsanı da, Musanı da Mövlanə öyrədib” deyərək bu istəyi rədd edirlər.

Qədim Türklər məzarların altında məzar otağı tikdirib cəsədi belə dəfn edərdilər. Mövlanənin cəsədi üçün də bu şəkildə 4 metrlik bir məzar otağı qazılır. Həmin tarixdən sonra isə məzar otağına başqa heç kim enmir.

Deyilənə görə, Sultan IV Murad,Mövlananın türbəsini ziyarətə gəlir və bu zaman məzar otağının içini görmək istəyir. Ancaq Mövləvi böyüklər tərəfindən Sultan Muradın bu istəyinə etiraz edilir və sultanın Ruminin məzarına daxil olmasının qarşısı alınır. Marağına məğlub olan IV Murad ağzı açıq olan məzar otağının içinə qəsdən təsbehini salır. Və təsbehi də götürmək üçün 7 yaşlı bir qız uşağının məzar otağına endirilməsinə qərar verilər. Qız uşağı məzara endirilər, ancaq çıxardılanda görürlər ki, qızın dili tutulub.

Buna səbəb kimi isə iki iddia ortaya atılır. Birinci iddiaya görə, otaq qaranlıq olduğundan uşaq qorxub və dili tutulub. Digər iddaya görə, isə Mövlanənin cəsədi mumyalandığı üçün uşaq orada yatan Mövlanəni görəndə dili tutulub.


Həmin hadisədən sonra isə Ruminin məzar otağına bir daha heç kim girməyə cəsarət etmir. Ta ki 300 il sonraya qədər. O zaman da Mövlan muzeyinin direktoru Yusif Akyurt otağında tək başına oturarkən məzar otağı haqqında düşünür. İçindən bu məzar otağı ilə bağlı qəribə narahatlıq keçir. Girib nə olduğuna baxmağa qərar verdikdə isə birdən qapı döyülür. İçəri muzeyin Mövləvi babası girir. Cümhuriyyətin elanından sonra muzeyə çevrilən türbədə xidmətçi kimi işə qəbul edən Mövləvi baba muzeyin direktoruna belə deyir: “Əsla ora enməyi düşünməyin". Ancaq bu sözlər direktoru qərarından vaz keçməsinə təsir etmir və direktor qəbrə enmək üçün örtülü qapağın önünə gəlir. Xalçanı qaldırıb qapağını açdığı zaman bir adam çığıraraq otağa girir: "Müdir bəy, tez qaç, evin yanır". Direktor evə çatana qədər ev çoxdan yanıb kül olur. Bundan dərhal sonra isə direktora bir teleqram göndərilir. Teleqramda yazılana görə, muzey müdiri başqa bir yerə yeni işə təyin edilmişdi.

Bu pis hadisələr zənciri bununla da bitmir. Ondan az bir müddət sonra dirüktor oğlunu yol qəzasında itirir. Yusif Akyurt oğlunun cənazəsini götürüb Konyaya qayıdır. Dəfn mərasimindən sonra birbaşa Mövlanə muzeyinə gedir və Mövlanənin məzarı başına gəlir, əllərini açaraq qışqırmağa başlayır: "Yetmədimi? Bağışla artıq".


Mövlanə Cəlaləddin Ruminin məzar otağı isə hələ də sirrini qoruyur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.