Türkiyənin məşhur futbolçusu həbs olundu

18-07-2017, 10:37           

Türkiyədə tanınmış qapıçı həbs edilib.

APA-nın məlumatına görə, FETÖ terror təşkilatının əlaqə vasitəsi hesab edilən Bylock tətbiqindən istifadə etdiyi bildirilən “Kastamonu 1966” futbol klubunun qapıçısı, 37 yaşlı Oğuzhan Bahadır saxlanılıb.

Prokurorluqda aparılan araşdırmalarla Oğuzhan Bahadırın Bylock-dan istifadə etdiyi məlum olub. Barəsində həbs qərarı verilən qapıçı evində tutulub. Məhkəmə Oğuzhan Bahadır barəsində həbs-qətimkan tədbiri seçib.

Oğuzhan Bahadır Türkiyənin bir çox tanımış klubunda çıxış edib. O, ötən mövsümün dövrələr arası transferi zamanı “Kastamonuspor 1966” klubuna keçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru