Bodrumdakı güclü zəlzələdən sonra səmada qəribə görüntü - VİDEO

22-07-2017, 01:30           

Egey dənizindəki zəlzələ sonrası bu gün səhərə doğru 4.30 radələrində Bodrumda bir qrup vətəndaş səmada parlaq işıq topasının şahidi olub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ulduzların sönük göründüyü bir məqamda parlaqlığı müşahidə edilən işıltı ara-sıra itib, yenidən gözə görünməyə başlayıb.

Mütəxəssislər bu işıltının zəlzələdən sonra yerdən sızan qazların səmaya qalxdıqca digər qazlarla qarşılıqlı təsirə girməsindən meydana gələ biləcəyini iddia ediblər. Sosial şəbəkə istifadəçiləri isə diqqət çəkən bu işıltının UNO olduğu qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru