Türkiyədə 4 bal gücündə zəlzələ olub 23-07-2017, 11:35 Türkiyənin Çanaqqala şəhərində yerli vaxtla saat 01:12-də 4 bal gücündə zəlzələ baş verib.Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çan rayonunda, ocağı isə 14,55 kilometr dərinlikdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Facebook-da paylaş