“Türklər dünyaya qarşı birləşdi” – Turan ordusu quruldu

24-07-2017, 08:55           
“Türklər dünyaya qarşı birləşdi” – Turan ordusu quruldu
Uzun müddətdir bütün türk dövlətlərinin birləşdirilməsi gündəmdəyidi. A24.Az-ın məlumatına görə, hər kəs Turan ordusunun qurulub-qurulmayacağını düşünürdü.Uzun müddətdir hamını düşündürən suala, gözlənilən cavab gəldi. Belə ki, Avrasiya hərbi statuslu hüquq-mühafizə qüvvələri adını daşıyan təşkilat, ilk görüşünü Azərbaycanda gerçəkləşdirib. Təşkilatın təməli Türkiyədə qoyulub. 2011-ci ildə Ankarada qəbul edilən qərarla Avrasiya hərbi statuslu hüquq-mühafizə qüvvələrinin qurulması gündəmə gəlib.
Təşkilatın məqsədi türk cumhuriyyəti arasında hərbi iş birliyini qüvvətləndirməkdir. Təşkilatın qərargahı Ankarada olacaq. Turan ordusu Azərbaycan, Qırğızıstan, Monqolustan kimi ölkələrdən ibarət olacaq.

Turan ordusu NATO kimi fəaliyyət göstərəcək. Türk dövlətlərini təhdid edən bütün qüvvələrə qarşı birləşəcək və gərək olarsa onlara silah gücü ilə qarşılıq verəcək. Digər vəzifəsi isə müsəlman ölkələrinin təhlükəsizliyini və dünyada sülhü qorumaq olacaq. Turan ordusu bir çox sahədə: silah istehsalı, uzun məsafəli raket, döyüş təyyarələri, döyüş gəmiləri, vertolyot və pilotsuz döyüş təyyarələri istehsalında güclərini birləşdirəcək.

İlk mərhələdə Azərbaycan, Qırğızıstan və Monqolustan kimi ölkələr Turan ordusuna qatılıb. Dünyanın ən güclü ordusunda 2 milyon 800 minlik əsgər sayı başda İsrail olmaqla bir çox ölkəni qorxutmağa bəs edib. Xəbər dünya gündəminə sözün əsl mınasında bomba kimi düşüb. Dünya mediasında “Türklər dünyaya qarşı birləşdi”, “Osmanlı ordusu dirilir” , “Təhlükə qapıda” kimi başlıqlarla xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru