Avstriyanın xarici işlər naziri: “Aİ Türkiyə ilə müzakirələri dayandırmalıdır”

24-07-2017, 14:59           

Hurriyyet.org xəbər verir ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurz Avropa İttifaqını Türkiyə ilə münasibətlərdə daha sərt mövqe tutmağa çağırıb.

Avstriya xarici işlər naziri bu sözləri “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə Türkiyəyə qarşı münasibətin dəyişilməsinin lazım olduğunu deyib. “Deutsche Welle” nəşrində yerləşən xəbərə Kurzdan sitat gətirilir: “Türkiyənin getdikcə Avropadan uzaqlaşdığı fikrinin doğru olduğu gündən-günə daha çox isbat eilir”.

O, alman həmkarl Siqmar Qabriel ilə Almaniya prezidentinin türk hökumətinə qarşı çıxışlarının sərtləşməsindən məmnun olduğunu da bildirib.

Kurz Türkiyənin Aİ üzvlüyü müzakirələrinin tamamilə dayandırılması üçün səy göstərməyə davam edəcəyini də vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.