Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoyur

25-07-2017, 10:40           
Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoyur
Türkiyə bərpa olunan enerji mənbələrinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak deyib.
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar tender keçiriləcək: “Tenderdə külək elektrik stansiyalarının tikintisi sahəsində dünyanın aparıcı şirkətləri iştirak edəcəklər”.
Nazir qeyd edib ki, yeni elektrik stansiyaları Türkiyənin enerji təhlükəsizliyini artıracaq, digər ölkələrdən isə onun asılılığını azaldacaqlar.
Albayrak həmçinin vurğuladı ki, bərpa olunan enerji mənbələrinin yeni layihəsi təxminən 3 750 insanı işlə təmin edəcək.
Külək elektrik stansiyaları paytaxt Ankara daxil olmaqla, Türkiyənin beş regionunda yerləşəcək, – deyə nazir bildirib.
trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru