Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!

26-07-2017, 09:00           
Ərdoğan Almaniyanı casusluqda ittiham etdi!
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanı casusluqda ittiham edib və Berlinlə Brüsseli Ankaraya qarşı sanksiya tətbiq etməkdən çəkinməyə çağırıb.

«DW.com»-un xəbərinə görə, Ərdoğan bu bəyanatı alman hüquq müdafiəçisi Peter Ştoydnerin həbsini şərh edərkən səsləndirib.

«Qərb istyir ki, onun agentləri bizim ölkəmizdə sərbəst gəzib-dolaşsınlar, bizə ziyan vursunlar…» – deyə, Prezident qeyd edib və bildirib ki, Türkiyə hakimiyyəti «Qərbin agentlərini əlüstü ovlayır».

«Əgər onlar Türkiyəni təhdidlər və ticari məhdudiyyətlərlə qorxuda biləcəklərini düşünürlərsə, bilməlidirlər ki, özləri daha yüksək bədəl ödəməli olacaqlar» – deyə, Türkiyə lideri qeyd edib.

İyulun 5-də Türkiyədə alman hüquq müdafiəçisi Ştoydner saxlanıb. Onunla birlikdə bir İsveç vətəndaşı və 8 Türkiyə vətəndaşı, o cümlədən, «Amnesty International» beynəlxalq təşkilatının yerli şöbəsinin rəhbəri də həbs olunub.

Hökumətyönlü Türkiyə qəzetləri saxlanılanları casusluqda günahlandırıblar.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru