Onu heç vaxt bağışlamayacam – Atambayev

26-07-2017, 09:51           

Qırğızıstan xüsusi xidmət orqanlarının MOSSAD səviyyəsinə qədər inkişaf edərək qaçaq eks-prezidentləri cəzalandırmasını istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Almazbek Atambayev deyib.

Onun sözlərinə görə, Əsgər Akayevin prezidentliyi dövründə ölkənin ən böyük - “Kumtor” qızıl yatağının işlənməsi layihəsində Qırğızıstanın payı 67 faizdən 16 faizə enib.

“Deyirlər ki, mən Əsgər Akayevi bağışlamışam. Bu cür insanları necə bağışlamaq olar axı? Qırğızıstanın min ton qızılı var idi. O, öz mənfəəti və gözü doymayan ailəsi naminə onları əmisinə verdi. Xalqımız aclıq çəkirsə, belələrini necə bağışlamaq olar? Şəxsən mən Akayevi heç vaxt bağışlamayacam”, - Atambayev əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru