Sevgilisi ilə görüşə çıxan gənci öldürüb, qızı qaçırdılar – VİDEO

26-07-2017, 18:18           
Sevgilisi ilə görüşə çıxan gənci öldürüb, qızı qaçırdılar – VİDEO
Ankarada dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Sevgilisi ilə birlikdə atasına aid 06 AP 689 nömrəli avtomobillə İmrahor Prospekti kənarında olan boş əraziyə gələn şəxs burada silahlıların hücumuna məruz qalıb.

Sevgilisi ilə gəzməyə çıxan gənci atəş açaraq öldürdükdən sonra avtomobilini ələ keçirən cinayətkarlar sevgilisini həmin avtomobillə qaçırıblar.

Bir müddət sonra cinayətkarların əlindən xilas olan qadın polis bölməsinə gedərək hadisəni izah edib. Dərhal hərəkətə keçən polis qrupları qaçan şəxslərin tutulması üçün axtarışa başlayıb.

Faktla əlaqədar istintaq başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru