Türkiyənin 81 bölgəsində əməliyyat: 6 min 425 nəfər...

27-07-2017, 10:01           

Türkiyənin Baş Polis İdarəsi 6 min 425 şəxsi heyətin iştirakı ilə ölkənin 81 bölgəsində eyni vaxtda əməliyyat keçirib.

Axar.az xəbər verir ki, əməliyyat "Onlar artıq axtarılmır-5" adı altında həyata keçirilib.

Qeyd edilib ki, 4 min 20 yaşayış məntəqəsində axtarış aparılıb. Əməliyyat zamanı 471 nəfər nəzarət altına alınıb. Bunlardan 19-u cinayət, 238-i oğurluq, 46-sı dələduzluq, 41-i isə narkotik maddənin ticarəti ilə məşğul olmağa görə saxlanılıb. 4 nəfər isə FETÖ-ya üzv olduğu üçün həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru