Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb

27-07-2017, 22:35           
Türkiyənin qızıl-valyuta ehtiyatları daha 400 mln. dollar azalıb
Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları 15-21 iyul həftəsi ərzində 368 mln. ABŞ dolları və yaxud 0,35% azalaraq 104,764 mlrd. dollara enib.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 40 mln. dollar və yaxud 0,21% artaraq 18,941 mlrd. dollar, valyuta ehtiyatları isə 408 mln. dollar və yaxud 0,47% azalaraq 85,823 mlrd. dollar olub.
Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 34,8% artıb, valyuta ehtiyatları isə 6,77% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 1,26% azalıb.
Xatırladaq ki, hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarından xalis 2,1 mlrd. dollarlıq qiymətli kağızlar alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru