İstambulda belə fırtına oldu VİDEO

28-07-2017, 08:32           

İstanbula ötən gün axşam saatlarında düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.
teref.az olaraq biz sizə Anar Gərəylının İstambula yağan dolunun video görüntüsünü təqdim edir:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.