Biz “erməni soyqırımı”nı tanımalı, kürdləri dəstəkləməliyik: İsrail müxalifəti

28-07-2017, 10:24           
Biz “erməni soyqırımı”nı tanımalı, kürdləri dəstəkləməliyik: İsrail müxalifəti
İsrailin “Eş Atid” müxalifət partiyasının lideri Yair Lapid Türkiyə prezodenti Rəcəb Tayyib Ərdoğanın davranışlarına görə “erməni soyqırımı”nı tanımağa və kürd dövlətinin yaradılmasına dəstək verməyə çağırıb.

PRESSDAY.az bildirir ki, Lapid jurnalistlərlə söhbətində Türkiyənin hər dəfə İsraili daha sərt formada təpiklədiyini qeyd edib.

“Biz deməliyik: yaxşı, başa düşdük, indi bizim öz siyasətimiz olacaq. Bu andan etibarən biz müstəqil kürd dövlətinin yaradılmasını dəstəkləyir və bizim “erməni soyqırımı”nı tanımağımız vacibdir.

Türkiyə ilə münasibətlərimizin yaxşı olduğu dövrdə lazım olan hər şeyi etməliydik, indi bu münasibət yoxdur, gələcəkdə də olmayacaq”, - siyasətçi bəyan edib.

Yair Lapid Türkiyənin qaz kəməri ideyasından da imtinaya çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.