FETÖ-nun qorxunc çevriliş planı – Qəndil bombaları

28-07-2017, 13:42           
FETÖ-nun qorxunc çevriliş planı – Qəndil bombaları
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı “Akıncı” aviabazasından havaya qalxan F-16 qırıcıları lazer texnologiyalı 8 “ağıllı” bombadan istifadə etməli imiş.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti informasiya yayıb.

Məlumata görə, Qəndildə terrorçulara qarşı tətbiq olunan “ağıllı” bombalarla paytaxt Ankaranı qana bulamaq istəyən FETÖ-nun planlarını Türkiyə Özəl Hərəkat polisi pozub. Həmin gecə “Akıncı” aviabazasına F-16 qırıcılarının enməsinin, helikopterlərin yanacaq tədarük etməsinin qarşısını almaq üçün yanacaq anbarı və aviabazanın eniş zolağı polis tərəfindən bombalanıb. Polis bombalanan ərazidən qırıcılara yüklənməyə hazırlanan həmin bombaları aşkarlayıb. Həmçinin ələ keçirilən xəritələrdə paytaxt Ankaranı qana bulayacaq dəhşətli bombaların atılacağı koordinatlar da müəyyən edilib.

Qeyd edək ki, son bir il ərzində Türkiyədə 32 min 180 nəfər çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində dövlət vəzifəsindən kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru