​“Qırmızı saçlı qadın” İtaliyada mükafat aldı

28-07-2017, 14:38           
​“Qırmızı saçlı qadın” İtaliyada mükafat aldı
Nobel mükafatı laureatı Orxan Pamuk İtaliyada verilən Lampedusa Ədəbiyyat Mükafatının bu ilki sahibi olub.

Siciliyalı yazar Cüzeppe Tomasi di Lampedusanın adını daşıyan bu mükafatın Orxan Pamuka verilməsinin səbəbi yazıçının “Qırmızı saçlı qadın” adlı son romanıdır.

“Qırmızı saçlı qadın” romanı italyan dilinə “La donna dai capelli rosi” adıyla tərcümə edilib. Orxan Pamuk mükafatı 12 avqust axşamı xüsusi mərasimdə alacaq.

Bu mükafat əvvəllər Mario Varqas – Liosa, Kazuo İshiguro və Javier Marias kimi yazarlara verilib.
Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru