ABŞ-dan PYD/PKK-ya 180 tır silah yardımı

28-07-2017, 15:49           

ABŞ-ın Suriyada PKK/PYD terror təşkilatına hərbi yardımları davam edir. Son bir həftədə iki dəfə silah tədarükü partiyası həyata keçirilib, Rakkanın şimalındakı təşkilat üzvlərinə ümumilikdə 180 tır silah göndərilib.

Haseke məntəqəsindəki “Anadolu Agentliyi” müxbiri iyulun 22-də 100, dünən isə 80 olmaqla hərbi yük, silah-sursat daşıyan 180 tırın İraq sərhədindən keçərək terrorçuların nəzarətindəki Hasekeyə daxil olduğu bildirilib. Hərbi yük karvanındakı üstü qapalı tırlar, persondal daşıyan nəqliyyat vasitələri diqqəti cəlb edib.

Bundan başqa, iyunun 5-də 60, iyunun 12-də 20, iyunun 16-da 50 və iyunun 21-i ilə 26-da ümumilikdə 120, iyulun 5-də 82, iyulun 9-da 102, iyulun 13-də 95, iyulun 17-də 100 ədəd olmaqla 629 tır PKK/PYD yaraqlılarına təslim edilib.

“AA” müxbirinin ABŞ-ın Müdafiə Nazirliyi Pentaqondan əldə elədiyi məlumatda bildirilir ki, verilən silahlar siyahısında 12 min Kalaşnikov tüfəngi, 6 min pulemyot, 3500 ədəd ağır pulemyotla yanaşı, Amerika istehsalı olan 3 min RPG-7, Amerika istehsalı olan min ədəd AT-4 və Rusiya istehsalı olan SPG tanvuranı var.

Müxtəlif kalibrli 235 zenit topu, 100 snayper tüfəngi, 450 ədəd PV-7 tipli gecə durbini və 150 lazer durbininin terror təşkilatına çatdırılmalı olduğu bildirilir.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.